Dərc edildi: Baxış sayı: 398
Pompeodan İrana təhdid: Qəti cavab verəcəyik!
İran hakimiyyətinin amerikalılar və onların müttəfiqlərinə istənilən hücumuna Vaşinqtondan qəti cavab veriləcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo bəyanat yayıb.
“İranın nəzarətindəki qüvvələr bir müddət əvvəl İraqın təhlükəsizlik qüvvələrinin və beynəlxaql koalisiyanın personalının yerləşdiyi bazalara qarşı bir sıra hücumlar həyata keçirib. İran tərəfindən amerikalılar və ya onların müttəfiqlərinə istənilən hücum ABŞ tərəfindən qəti cavabla qarşılanacaq”, - deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət