Dərc edildi: Baxış sayı: 451
Pompeodan İran mesajı: Məhv edəcəyik!
Əgər İran davranışını dəyişməsə, öz iqtisadiyyatının məhvi ilə üz-üzə qalacaq.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo öz Tvitter səhifəsində paylaşıb.
“ABŞ Səudiyyə Ərəbistanının müdafiə potensialını gücləndirmək və İran aqressiyasının qarşısını almaq üçün əlavə qüvvələr və texnika göndərir. İran rejimi gərək köklü şəkildə öz davranışını dəyişsin və normal ölkə kimi hərəkət etsin. Əks halda o öz iqtisadiyyatının çöküşünü müşahidə edə bilər”, - deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət