Dərc edildi: Baxış sayı: 464
Pompeodan Çavuşoğluna NATO təklifi
ABŞ Dövlət katibi Mayk Pompeo ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs deyib. Onun sözlərinə görə, telefon danışığı zamanı əsas müzakirə mövzusu Yaxın Şərqdəki vəziyyət olub.
O, tərəflərin NATO-nun regiondakı rolu barədə müzakirə apardığını bildirib. Ortequs Pompeonun NATO-nun regionda daha böyük rol oynaması gərəkdiyini söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət