Slimfit
  1. DÜNYA

Pompeo Almaniya və Britaniya XİN başçıları ilə Süleymaninin öldürülməsini müzakirə edib

Pompeo Almaniya və Britaniya XİN başçıları ilə Süleymaninin öldürülməsini müzakirə edib
Sakura

Pompeo Almaniya və Britaniya XİN başçıları ilə Süleymaninin öldürülməsini müzakirə edib

ABŞ dövlət katibi Mayk Pompeonun Almaniya və Böyük Britaniyanın Xarici İşlər nazirləri ilə telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə M. Pompeo "Twitter" səhifəsində bildirib.

"Almaniya Xarici İşlər naziri Hayko Maasla Prezident Donald Trampın Qasım Süleymaninin aradan qaldırılması üçün müdafiə tədbirinin görülməsi qərarı barədə danışdıq. Almaniya da İran rejiminin davam edən hərbi təxribatlarından narahatdır. ABŞ de-eskalasiyaya sadiq qalır”, - deyə o bildirib.

ABŞ dövlət katibi Böyük Britaniya Xarici İşlər naziri Dominik Raabla da Qasım Süleymaninin zərərsizləşdirilməsi ilə bağlı son qərarı müzakirə edib: “Müttəfiqlərimizə İranın “Qüds” Qüvvələrinin davam edən təcavüzkar təhdidlərini tanıdıqlarına görə təşəkkür edirik”, - deyə M. Pompeo vurğulayıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR