Polşanın TVP kanalı Azərbaycan mədəniyyətinə həsr edilmiş veriliş hazırlayıb
Polşanın TVP telekanalının "Dadlı səyahət" (Podróże ze smakiem) verilişinin bir buraxılışı Azərbaycan mədəniyyətinə və mətbəxinə həsr olunub.
Ens.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli bildirib ki, bununla bağlı telekanalın çəkiliş dəvətini məmnuniyyətlə qəbul ediblər. Qeyd edib ki, sentyabr ayından etibarən dekabra qədər 12 ölkənin mədəniyyət və mətbəxindən bəhs edəcək verilişlər təqdim olunacaqdır ki, bu ölkələrdən də biri Azərbaycandır.
Çəkiliş zamanı Fərid Cəfərli Azərbaycan mədəniyyəti, incəsənəti və mətbəxi barədə ətraflı məlumat verib, Aytən Sabili milli mətbəx nümunələrimizi nümayiş etdirib, Baba Abbasov (tar), prezident təqaüdçüsü Yasin Həsənov (xanəndə) və Nicat Həsənli (rəqqas) muğam, bəstəkar mahnıları və milli rəqsləri ifa ediblər.
Verilişin sonunda Baba Abbasov tarda Polşanın dövlət himnini ifa etməklə soydaşlarımızın TVP-yə təşəkkürünü musiqili şəkildə ifadə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət