Dərc edildi: Baxış sayı: 720
Polşada aşağı büdcəli təyyarələr üçün aeroport tikilir
Polşanın Suvalki qəsəbəsində aşağı büdcəli uçuşlar üçün nəzərdə tutulmuş aeroport inşa olunur.
AZƏRTAC xəbər verir ki, 27 milyon zlotı dəyərində olacaq aeroportun tikintisi üçün vəsaitin 10 milyonu Forte zavodu, 6 milyonu Belostok, 11 milyonu isə Suvalki bələdiyyələri tərəfindən ayrılacaq. Yeni aeroportun regionun turizm və ticarət potensialına ciddi töhfə verəcəyi ehtimal olunur.
Aeroporta, həmçinin vertolyotlar, plannerlər, çarter resyləri ilə uçacaq təyyarələr də enəcək. Artıq tikinti işlərinin ilkin mərhələsi başa çatıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət