Slimfit
  1. SİYASƏT

Polşa Prezidenti və Baş naziri COP29-da iştirak etməyi planlaşdırır

Polşa Prezidenti və Baş naziri COP29-da iştirak etməyi planlaşdırır
Sakura

Polşa Prezidenti və Baş naziri COP29-da iştirak etməyi planlaşdırır

Polşa Prezidenti Ancey Duda və Baş nazir Donald Tusk Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyasında (COP29) iştirak etməyi planlaşdırır.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bu barədə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ölkəsində Konstitusiya qəbulunun 233-cü ildönümü münasibətilə keçirilən tədbirdə məlumat verib.

“Polşa Prezidenti və Baş naziri Bakıda keçiriləcək mühüm beynəlxalq konfransında - COP29-da iştirak etmək üçün dəvət alıblar və onlar bu səfərə hazırlaşırlar”, - səfir deyib.

Onun sözlərinə görə, iki həftə sonra “InterFood Azerbaijan 2024” sərgisində iştirak etmək üçün Polşadan böyük nümayəndə heyəti Azərbaycana gələcək.

Səfir, həmçinin qeyd edib ki, polşalı sahibkarların Azərbaycanda biznesə marağı artmaqdadır: “Elə təkcə ötən həftə səfirliyimiz Azərbaycan bazarında biznes qurmaqda maraqlı olan 30-dan çox aqro-ərzaq şirkəti üçün onlayn seminar təşkil edib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR