Slimfit
  1. DÜNYA

Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapurda qalıb

Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapurda qalıb
Sakura

Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapurda qalıb

Polşa Prezidenti Anjey Duda Yaxın Şərqdəki gərginliyə görə Sinqapurda qalmalı olub.

“Report” “Polsat News”a istinadən xəbər verir ki, Dudanın Sinqapurdan rəsmi səfərdən qayıdacağı reys marşrutun dəyişdirilməsi zərurəti ilə əlaqədar təxirə salınıb.

Əvvəlcə Polşa Prezidentinin təyyarəsinin cümə günü axşam uçacağı planlaşdırılırdı. Bununla belə, ölkənin Prezident Aparatı Yaxın Şərqdəki vəziyyət və marşrutun dəyişdirilməsi zərurəti ilə əlaqədar uçuşun daha uzun müddətə təxirə salındığını bildirib.

Nəşr qeyd edir ki, alternativ marşrut artıq müəyyən edilib və Dudanın olduğu təyyarə yaxın saatlarda yola düşməlidir.

Duda və həyat yoldaşı Aqata bazar ertəsindən Cənub-Şərqi Asiyadadır. Prezident ailəsi Malayziya və Sinqapurda olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR