Slimfit
  1. İDMAN

Polo çempionatında Azərbaycan millisindən növbəti qələbə

Polo çempionatında Azərbaycan millisindən növbəti qələbə
Sakura

İtaliyanın Siyene şə­hərində Polo üzrə Avropa Çempiona­tı davam edir

İtaliyanın Siyene şə­hərində Polo üzrə Avropa Çempiona­tı davam edir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, bu gün yarışın 2-ci turunda Fransa komandası ilə qarşılaşan Azərbaycan milli yığması növbəti inam­lı qələ­bə­sini qazanıb. Milli yığmamızın üzvləri qələbə qazanmaq üçün güc­lü iradə və yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini 8:4 hesabı ilə darmadağın ediblər.

İkiqat Avropa çempionu və bu turnirin ikiqat gümüş müka­fatçısı olan güclü Fransa yığmasına məğlubiyyət hissini yaşadan milli komandamızın tərkibində Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqləniblər.

Sentyabrın 30-dək davam edəcək Polo üzrə Avropa Çempionatının 24 sentyabr tarixində keçiriləcək 3-cü turunda Azərbaycan millisi Slovakiya yığması ilə, sentyabrın 28-də baş tutacaq 4-cü turda isə hazırki Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaq.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR