Slimfit
  1. SİYASƏT

Politoloqdan Qarabağdakı ermənilərə xəbərdarlıq: “Başqa çarələri yoxdur, ac qala bilərlər”

Politoloqdan Qarabağdakı ermənilərə xəbərdarlıq: “Başqa çarələri yoxdur, ac qala bilərlər”
Sakura

Politoloqdan Qarabağdakı ermənilərə xəbərdarlıq: “Başqa çarələri yoxdur, ac qala bilərlər”

“Qarabağdan erməni hərbçilərin çıxması zamanla mümkün olacaq. Sosial şəbəkələrdə yayılan görüntülərdən, Ermənistan siyasi qüvvələrinin və qondarma rejimin “nümayəndələri”nin açıqlamalarından da aydın olur ki, onlar ərazini tərk edir”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. O bildirib ki, yaxın zamanda Azərbaycanın Xankəndidə, Xocalıda və Xocavənddə de-fakto yurisdiksiyası təmin olunacaq:

“Azərbaycan torpaqlarını üç fazada işğaldan azad etdi və etməkdədir. Birinci müharibə, ikinci hərbi-siyasi yol idi. Üçüncü faza isə siyasi-iqtisadi amillər üzərində qurulacaq. Yəni onlara həm siyasi, həm iqtisadi təzyiq olacaq. Bəziləri düşünür ki, Xankəndidə, Xocalıda və Xocavənddə yaşayan erməni əhalisi Azərbaycanın suverenliyini qəbul etməyəcək. Bunu düşünənlər böyük yanlışlığa yol verir. Qarabağdakı erməni əhalisinin başqa çarəsi yoxdur, ac qala bilərlər. Çünki Azərbaycan qanunsuz yolla oraya gələn daşınmaların qarşısını alacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR