Slimfit
  1. CƏMİYYƏT

Politoloq: Əsrlər keçsə də Ümummilli Lider unudulmayacaq

Politoloq: Əsrlər keçsə də Ümummilli Lider unudulmayacaq
Sakura

Politoloq: Əsrlər keçsə də Ümummilli Lider unudulmayacaq

Ümummilli lider Heydər Əliyevin builki doğum günü hər zamankından daha fərqli, daha xüsusidir. Çünki “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur” deyən insanın arzusunun yerinə yetdiyi tarixi günləri yaşayırıq. Necə ki, zamanında təkidli tələblə xalqımız məhz və yalnız ona inanıb, hakimiyyətdə məhz onu görmək istədi, vəfatından sonra həmin qədirbilən xalq haqlı olaraq, səmimi şəkildə ona Ümummilli Lider, Ulu Öndər adını da məhz özü verdi. Başı bəlalar çəkmiş bu xalq tarixin bütün mərhələlərində Heydər Əliyevi haqlı olaraq xilaskar bilir. Çünki zamanında xalq vahimə və təşviş içində idi, ölkədə anarxiya, xaos, qardaş qırğını yaşanırdı. Bütün bunların qarşısını alan bir insana, milli mənsubiyyətə fərq qoymadan, hər kəsə eyni hüquqları təmin edən bir şəxsə ancaq bu ən ali adları vermək olardı. Çünki xalqı, cəmiyyəti yürüdüyü cığırda, yolda düzgün istiqamətləndirən, öz arxası ilə apara bilən bir insana ancaq Ümummilli lider, Ulu Öndər demək olardı.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki,  bunu politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələrdə dönüş yarandı, intibahın təməli qoyuldu. Bu səbəbdəndir ki, Heydər Əliyevin adı tariximizdə ilklərlə yadda qalır. İlk dəfə olaraq ölkədə gənclər gününü təsis edən, qadınların cəmiyyətdəki rolunun artırılmasını təmin edən, söz və mətbuat azadlığını təmin edən, 20 yanvar hadisələrinə hüquqi-siyasi təminat verən, mətbuatda senzuranı ləğv edən, müstəqil dövlət təsisatlarının qurulmasını təmin edən, demokratik, hüquqi dövlət quran, ilk milli Konstitusiyamızı qəbul edən, vətəndaş̧ cəmiyyətini formalaşdıran və daha neçə-neçə ilklərin təməlini qoyan məhz ümummilli liderimiz Heydər Əliyevdir. Heydər Əliyev tariximizdə elə şərəfli bir yol, elə məsuliyyətli bir cığır açmışdır ki, o yolu getmək həm şərəfdir, həm də ən böyük məsuliyyətdir. Tarixin və siyasi proseslərin gedişatının üzə çıxardığı reallıqlar fonunda sübut olunmuşdur ki, Heydər Əliyevin şəxsi keyfiyyətləri, nüfuzu, qətiyyəti, prinsipiallığı və ən əsası da ümummilli maraqları hər şeyin fövqündə tutması Azərbaycanı mövcud və baş verə biləcək bütün bəlalardan qorumaq, müstəqil dövlətçiliyimizi qurub onu möhkəmləndirmək gücünə və qüdrətinə malik idi. Bu səbəbdən də o öz çıxışlarının birində haqlı olaraq, bütün səmimiyyəti, ləyaqəti və fədakarlığı ilə deyirdi: “Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu yükü öz üzərimə götürmüşəm və götürmüşəm ona görə yox ki, bu vəzifə mənə lazımdır bəziləri kimi, bəziləri buna can atırlar, yox, götürmüşəm ona görə ki, öz bacı-qardaşlarıma, öz doğma Vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim. Dəfələrlə demişəm həyatımın son dəqiqəsinə qədər mən bu xidməti edəcəyəm və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam, Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”. Məhz bu amili əsas götürüb, Qarabağı işğaldan azad edən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən, məhz onun mənsub olduğu xalqa, onun formalaşdırdığı siyasi kursa və ən nəhayətində onun vəsiyyətini icra edə biləcək bir oğul bacarardı. 1993-cü ildə müşahidə olunan birliyimiz, həmrəyliyimizin ən pik həddi 2020-ci ilə 44 günlük Vətən müharibəsində müşahidə olundu. Dini, dili, etnik mənsubiyyətindən asılı olmayaraq böyükdən-kiçiyə hər bir azərbaycanlı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bir yumruq kimi sonunadək öz liderinin arxasında durdu. Prezidentin özünün də mərd və mərdanə şəkildə bütün siyasi təzyiqlərdən qorxmayaraq dediyi kimi: “Biz topraqlarımızı əhəmiyyətsiz danışıqlarla yox, şəhidlərimizin qanı hesabına azad etdik”.

Ş.Həsənova qeyd edib ki, Heydər Əliyevi adı tariximizə qızıl hərflərlə yazılıb, hər bir azərbaycanlı özü üçün Heydər Əliyev yolunu ən nümunəvi və düzgün istiqamət kimi müəyyənləşdirib. Heydər Əliyev dediyimiz zamanı bir çox insani keyfiyyətlər ağlımıza gəlir: dövlətçilik hissi, vətənpərvərlik, yüksək mənəvi-əxlaqi dəyərlər, tolerantlıq, yüksək peşəkarlıq, təşəbbüskarlıq. Bu gün bütün dünyada qürurlu xalq kimi tanınan hər bir azərbaycanlı bu ən ali keyfiyyətlərə malik olmaq üçün əzmlə çalışır. Bu gün Heydər Əliyev siyasi kursu bütün istiqamətlər və parametrlər üzrə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi, onun gələcək nəsillərə ötürülməsi kimi şərəfli bir vəzifəni öz zərif, eyni zamanda, güclü çiyinləri üzərinə götürən Birinci vitse-prezident Mehriban Əliyeva bu işi layiqincə yerinə yetirir. Əsrlər keçsə də ümummilli lider Heydər Əliyevin adını və Azərbaycan xalqı üçün gördüyü işləri qədirbilən xalqımız unutmayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR