Slimfit
  1. DÜNYA

Polislərin rəqs videosu Rusiya sosial mediasında populyarlıq qazanıb

Polislərin rəqs videosu Rusiya sosial mediasında populyarlıq qazanıb
Sakura

Bir qrup Sibir polisi əməkdaşının videoya çəkilmiş rəqsi Rusiya sosial şəbəkələrində sürətlə populyarlaşıb

Bir qrup Sibir polisi əməkdaşının videoya çəkilmiş rəqsi Rusiya sosial şəbəkələrində sürətlə populyarlaşıb.

Yakut xalqının yaşadığı Saxa Respublikasında yerli polis əməkdaşları Polis Günü münasibətilə konsert proqramı şərçivəsində keçiriləcək rəqs müsabiqəsini reklam etdirmək çün musiqili video çəkdiriblər.

Həmin videoklipdə bir qrup polis əməkdaşı - 5 kişi və 2 qadın - müasir ritmli rəqs ifa ediblər.

Saxa polisinin klipi populyarlaşmağa başlayanda həmin video Moskvada Daxili İşlər Nazirliyinin Twitter səhifəsinə yerləşdirib.

Bundan sonra klipə internetdə baxışların sayı on minlərlə olub.

Saxa polisinin süzçüsü klipin sürətlə populyarlaşmasını "xoş sürpriz" kimi qiymətləndirib.

Sözçü Lyudmila Malykaytseva videonun cəmi 3 saata çəkildiyini bildirərək, həmin klipdən sonra konsertə biletlərin hamısının dərhal alındığını qeyd edib.

Yakutiyan polisi
Videoklipdə 5 kişi və 2 qadın polis əməkdaşı müasir ritmli rəqs ifa ediblər.

"Tamaşaçılar bizdən rəqsi təkrar göstərməyi xahiş edirdilər, əks halda nazirə zəng edəcəklərini deyirdilər", - polis sözçü RIA agentliyinə deyib.

Rəqs edən polis əməkdaşlarının videosu sonradan Rusiya televiziya kanallarında və axşam xəbər buraxılışlarında da göstərilib.

Yakutiya polisinin təşkil etdiyi konsert-müsabiqədə klip çəkdirmiş qrupun lideri leytenant Ilyas Zarovnyayev qalib elan olunub.

O, Galina Uvarova ilə hind rəqsi ifa edib.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR