Slimfit
  1. CƏMİYYƏT

Polislərin ölümü hamımızın itkisidir - Deputat

Polislərin ölümü hamımızın itkisidir - Deputat
Sakura

Polislərin ölümü hamımızın itkisidir - Deputat

"Bu gün Azərbaycanda cənab Prezidentin ictimai-siyasi sabitliyin və asayişin təmin olunması istiqamətində yürütdüyü siyasətin uğurla həyata keçməsində polisin danılmaz rolu var. Məhz hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ölkədə ictimai asayişin təmin olunması istiqamətində fəaliyyəti nəticəsində biz bu gün istər evimizdən harasa gedəndə, istərsə də ölkədə heç bir təhlükə hiss etmədən rahatca gəzirik. Ölkədə asayişin təmin olunması polisə heç də ucuz başa gəlməyib və gəlmir. Azərbaycan polisi ölkədə asayişi pozanlara, kriminal ünsürlərə qarşı mübarizə bir çox hallarda onların həyatı bahasına başa gəlir. Elə bu gün paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olmuş 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşlarına qarşı silahlı müqaviməti və bunun nəticəsində 3 polis əməkdaşının həyatını itirməsi bunun göstəricisidir".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Əliabbas Salahzadə Şüvəlan qəsəbəsində 3 polis əməkdaşına qarşı silahlı müqaviməti şərh edərkən deyib.

Polisə qarşı bu cür hərəkəti qətiyyətlə pisləyən deputat əlavə edib ki, cinayət əməllərindən yayınmağa çalışan şəxs acımasızcasına ailə üzvlərinin həyatını qurban verməkdən belə çəkinməyib. "Təki, törətdiyi cinayət əməllərindən yayınsın. Bu mümkün olmadıqda isə polisə silahlı müqavimət göstərib. Nəticədə xidməti vəzifəsini həyata keçirən 3 polis əməkdaşı və bir mülki şəxs həyatını itirib. Həmin polislər hər hansı bir cinayətkarı saxlayarkən yox, həm vətəndaşlarımıza qarşı törədilən cinayətin qarşısının alınmasında, həm də ölkədə asayişin etibarlı şəkildə təmin olunması yolunda vəzifə borclarını yerinə yetirərkən öz həyatları basına qurban getdilər. Allahdan dünyasını dəyişən polis əməkdaşlarına rəhmət diləyirəm. Bu təkcə həmin polislərin ailəsi və yaxınlarının deyil, hamımızın itkisidir. Biz bir daha əmin olduq ki, polis orqanları ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında öz xidməti borcunu böyük əzmlə və peşəkarlıqla yerinə yetirir. Bu xidmətlərini yerinə yetirərkən bu yolda həyatlarını qurban verirlər", - o qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR