Slimfit
  1. AZƏRBAYCAN

Polislər məktəblilərlə görüşüblər

Polislər məktəblilərlə görüşüblər
Sakura

Polislər məktəblilərlə görüşüblər

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə N.Nərimanov adına Məmmədqasımlı kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında şagirdlərlə görüş keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Bilal Nuriyev şagirdlərə narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırıb. Qeyd edib ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda maarifləndirici tədbirlər davamlı keçirilməlidir. Hər kəs bu istiqamətdə görülən işlərdə fəal olmalı, hüquq-mühafizə orqanları tərəfindən keçirilən profilaktiki tədbirlərdə iştirak etməlidir.

Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zamil Əliyev erkən nikahın səbəb olduğu problemlərdən söhbət açıb. Bildirib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.

Rayon Polis Şöbəsinin əməkdaşı polis leytenantı Oktay Verdiyev isə dini radikalizmin formalaşmasından və insanlar arasında təsirindən bəhs edib. Qeyd edib ki, cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları əsasən gənclərdir. O, gəncləri radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamağa və bütün bunlarla mübarizədə valideynləri fəal olmağa çağırıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR