Slimfit
  1. AZƏRBAYCAN

Polislər bu dəfə hamilə qadını xilas etdi - Körpəyə onların adı verildi

Polislər bu dəfə hamilə qadını xilas etdi - Körpəyə onların adı verildi
Sakura

Mingəçevirdə qəzaya düşən hamilə qadın yol polisləri tərəfindən xilas edilib və övladı dünyaya gəlib

Mingəçevirdə qəzaya düşən hamilə qadın yol polisləri tərəfindən xilas edilib və övladı dünyaya gəlib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən qəzaya uğrayıb. Dərhal hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanovla Samir Cabbarlı hamilə qadının avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər. 

Qadın xilas edilərək dərhal başqa bir avtomobilə əyləşdirilib və YPX-nin avtomobillərinin müşayiəti ilə xəstəxanaya çatdırılıb.

Həkimlər ona vaxtında köməklik göstərib və oğlan uşağı dünyaya gəlib.

Xanımın yaxın qohumları göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər iki polis əməkdaşlarının şərəfinə Samir adı qoyulacağını deyiblər. Hazırda ana və övladının vəziyyəti qənaətbəxşdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR