Dərc edildi: Baxış sayı: 539
Polislər bir gündə 11 min 400 ağac əkib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində keçirilən ağacəkmə kampaniyasında Daxili İşlər Nazirliyinin və onun yerli qurumlarının şəxsi heyəti də fəal iştirak edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 6-da respublikanın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən paytaxt Bakı da daxil olmaqla ölkəmizin digər şəhər və rayonlarında ümumilikdə 11 min 400 ədəd şam və küknar ağacı əkilib.
Polis əməkdaşları tərəfindən əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.
Polis əməkdaşları tərəfindən əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət