Slimfit
  1. SİYASƏT

Polisin rüşvət alması videogörüntüsünə rəsmi reaksiya

Polisin rüşvət alması videogörüntüsünə rəsmi reaksiya
Sakura

Polisin rüşvət alması videogörüntüsünə rəsmi reaksiya

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə Yol Patrul Xidməti (YPX) əməkdaşının rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

Axar.az xəbər verir ki, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Report-a bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb.

"Araşdırmaların nəticəsinə uyğun olaraq, inspektorların hərəkətlərinə hüquqi qiymət veriləcək", - o qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərinin Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən "Qoşa Park" yaşayış kompleksinə daxil olan sürücünün qaydaları pozduğu və bu an onu təqib edən polis maşınının yaxınlaşaraq rüşvət aldığı ilə bağlı videogörüntü yayılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR