Slimfit
  1. CƏMİYYƏT

Polisə tabe olmayan şəxs HƏBS OLUNDU

Polisə tabe olmayan şəxs HƏBS OLUNDU
Sakura

Polisə tabe olmayan şəxs HƏBS OLUNDU

Bakıda polisləri təhqir edən şəxs həbs olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu İ.Qutqaşınlı küçəsində baş verib. Belə ki, Bakı şəhər sakini Habil Quliyev (ad-soyad şərtidir) həmin küçədə ətrafdakı şəxslərə qarşı nalayiq ifadələr işlədib. 

Polis əməkdaşları hadisə yerinə gələrək H.Quliyevi polis şöbəsinə dəvət edib, lakin o, bu zaman polislərə müqavimət göstərib. DİN əməkdaşları onu 26-cı polis bölməsinə gətiriblər. H.Quliyev bölmənin inzibati binasında da polislərin ünvanına söyüş söyüb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub. Protokol baxılması üçün məhkəməyə göndərilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə H.Quliyev 30 gün müddətinə inzibati qaydada həbs edilib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR