Slimfit
  1. CƏMİYYƏT

Polis iaşə müəssisələrində reyd keçirdi: Məsuliyyətə cəlb edilənlər var

Polis iaşə müəssisələrində reyd keçirdi: Məsuliyyətə cəlb edilənlər var
Sakura

Polis iaşə müəssisələrində reyd keçirdi: Məsuliyyətə cəlb edilənlər var

Şəmkirdə iaşə müəssisələrində axşam reydi keçirilib, bir neçə şəxs məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, 

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı yanında operativ qərargahın və RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması aşkarlanıb ki, polis əməkdaşları dərhal qanunamüvafiq tədbirlər görüb.

Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe, restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar aşkarlanıb. Polis əməkdaşları tərəfindən 33 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunub və onlar 200 manat məbləğində cərimə edilib.

Bir nəfər, rayonun Təzəkənd kənd sakini Rauf Cəfərov isə rayon məhkəməsinin qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs edilib.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR