Slimfit
  1. DÜNYA

Polis bir yaşlı uşağı xilas etdi

Polis bir yaşlı uşağı xilas etdi
Sakura

Polis bir yaşlı uşağı xilas etdi

ABŞ-ın Florida ştatının Kissimmi şəhərində polis biskvit yeyərkən boğulan bir yaşlı uşağı xilas edib. 

Amanda Çimmerman adlı ana oğluna biskvit yedirərkən uşaq boğulmağa başlayıb və ana kömək istəmək üçün küçəyə qaçıb. 

Yoldan keçən polislər ananın fəryadına yetişib. Polis əməkdaşları uşağı qucağına alaraq kürəyinə vurmağa başlayıblar.

Uşağa ilkin yardım göstərərək onu xilas edən polislər daha sonra uşağı hadisə yerinə gələn həkimlərə təhvil verib.

Uşaq xəstəxanaya çatdırılıb, bir gün reanimasiyada qalıb. Qorxmuş ana polisə və həkimlərə təşəkkürünü bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR