Slimfit
  1. AZƏRBAYCAN

"Polad Həşimovun adı onun yaşadığı küçəyə verilə bilər "- Deputatdan AÇIQLAMA

"Polad Həşimovun adı onun yaşadığı küçəyə verilə bilər "- Deputatdan AÇIQLAMA
Sakura

"Polad Həşimovun adı onun yaşadığı küçəyə verilə bilər "- Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov Tovuz istiqamətində qəhrəmancasına şəhid olub. Bu gün bir çoxları qəhrəmancasına vuruşaraq şəhid olan general mayorun adının onun yaşadığı küçəyə verilməsini təklif edir. Polad Həşimovun adı onun yaşadığı küçəyə verilə bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Şəhid adının əbədiləşdirilməsi məsələsi, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun həyata keçirilir:

"Bu qaydalara əsasən şəhid iki dövlət ordeni ilə təltif olunubsa onun adı küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə,hərbi və mülki gəmilərə verilə bilər. Əgər şəhidin vətən qarşısındakı xidmətləri sözügedən qaydalara uyğun gəlirsə, yerli icra hakimiyyətləri Nazirlər Kabineti qarşısında vəsatət qaldıra bilərlər. Konkret olaraq, şəhid general-mayor Polad Həşimova gəldikdə isə, bəli onun Vətən qarşısındakı xidmətləri əsas verir ki, yaşadığı və yaxud hansısa küçəyə onun adı verilsin. Qeyd edim ki, general-mayor Polad Həşimov bir neçə dövlət ordeni təltif edilib. Məhz buna görə də onun adı yaşadığı küçəyə verilə bilər".

 

Qeyd edək ki, Polad Həşimov 1975-ci ilin 2 yanvar tarixində Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə, 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunur.

2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır. Polad Həşimov, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub.

2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən həlak olur.Bununla da, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı oldu".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR