Slimfit
  1. SİYASƏT

Polad Bülbüloğlu Rusiyanın Baş prokuroruna məktub ünvanlayıb

Polad Bülbüloğlu Rusiyanın Baş prokuroruna məktub ünvanlayıb
Sakura

Polad Bülbüloğlu Rusiyanın Baş prokuroruna məktub ünvanlayıb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 1990-cı ilin 20 yanvar hadisələrinin açıq təhrif olunması ilə bağlı Rusiya Baş prokuroruna müraciət edib. 

Trend bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə istinadən məlumat verir. 

Məlumatda qeyd olunur ki, “Tsarqrad TV” informasiya-analitik telekanalının saytında bu ilin fevralın 26-da nəşr olunan, Vladimir Xomyakovun müəllifi olduğu “Ruslar, getməyin, bizə qullar və fahişələr lazımdır” adlı məqalədə 1990-cı ilin 20 yanvar hadisələrinin açıq təhrif olunması ilə bağlı Rusiyanın Baş prokuroru İqor Krasnova və Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Federal Xidmətinin rəhbəri Aleksandr Jarova səfirin imzası ilə məktublar göndərib. 

Müraciətdə Azərbaycan tərəfinin qəti etirazı ifadə edilib və dövlətimizin bu məsələ ilə bağlı mövqeyi çatdırılıb: 

“Qanlı Yanvar” hadisələri ilə bağlı məsələnin Azərbaycan xalqı üçün çox həssas olduğu və bu faciəvi hadisələrə Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi və hüquqi qiymət verildiyi, 20 Yanvarın “Ümumxalq hüzn günü” elan olunduğu bildirilib. Müraciətdə yüksək səviyyəli dövlət səfərləri zamanı xarici qonaqların, o cümlədən Rusiya Federasiyasının Prezidenti, xarici işlər naziri, eləcə də digər Rusiya rəsmilərinin “Şəhidlər Xiyabanı” memorial kompleksini ziyarət etdikləri və abidə önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad etdikləri vurğulanıb. Bu cür məqalələr Azərbaycan və Rusiya xalqları arasında düşmənçilik və nifrət səpmək məqsədi daşıyır”. 

Səfirlikdən bildiriblər ki, yuxarıda göstərilənləri nəzərə alaraq, səfir Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin və 27 iyul 2006-cı il tarixli “İnformasiya, informasiya texnologiyaları və məlumatların qorunması haqqında” Federal Qanunun 10.6-cı maddəsinin tələblərinin pozulduğuna görə müvafiq yoxlamanın aparılmasını xahiş edib. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR