Slimfit
  1. AZƏRBAYCAN

Polad Bülbüloğlu: 'Gün gələcək Azərbaycan bayrağı işğal olunmuş torpaqlarda dalğalanacaq'

Polad Bülbüloğlu: 'Gün gələcək Azərbaycan bayrağı işğal olunmuş torpaqlarda dalğalanacaq'
Sakura

Polad Bülbüloğlu: 'Gün gələcək Azərbaycan bayrağı işğal olunmuş torpaqlarda dalğalanacaq'

"Ötən il 100 illiyini qeyd etdiyimiz ordunun yaradılması 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının birinci və mən deyərdim, ən əhəmiyyətli qərarı olub".

"Report"un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səfirliyin Moskvada 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli qəbulda deyib.

"Təəssüf ki, Azərbaycan Demokratik Respublikası az vaxt yaşadı. ADR iki il sonra süquta uğradı və Azərbaycanın dövlət müstəqilliyini yalnız 1991-ci ildə bərpa etdi. Müstəqilliyin birinci illəri ölkəmiz üçün çox ağır idi. Azərbaycan böyük problemlərlə rastlaşdı - iqtisadi tənəzzüllə, böhranla. Hakimiyyət uğrunda mübarizə vəziyyəti daha da ağırlaşdırırdı. Azərbaycanda vəziyyət böhranlı həddə çatdı və bu vəziyyətdən istifadə edən Ermənistan ərazilərimizin bir hissəsini işğal etdi. Belə ağır vəziyyətdə Azərbaycan xalqı müdrikliyi göstərərək, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevə müraciət etdi və onu respublikaya başçılıq etməyə dəvət etdi. Yalnız böyük liderin hakimiyyətə gəlişindən sonra vəziyyət sabitləşdi və Azərbaycan bu çətin vəziyyətdən çıxa bildi", - deyə o qeyd edib.

Diplomat vurğulayıb ki, Azərbaycan nizami orduya malik deyildi. Buna görə Heydər Əliyevin birinci dərəcəli vacib qərarları arasında ordunun yaradılması haqqında qərar xüsusi yer tutur.

"Təbii, nizami ordunun yaradılması üçün böyük iqtisadi imkanlar lazım idi. Bu səbəbdən Azərbaycanda o illərdə ciddi iqtisadi islahatlar keçirildi, ölkəyə xarici sərmayə cəlb edildi və respublika beynəlxalq təcrid olunmadan xilas ola bildi.

Ölkədə keçirilmiş siyasi, iqtisadi islahatlar vəziyyəti sabitləşdirdi və Azərbaycan 1993-cü ildən inkişaf və tərəqqi yolu ilə gedir. Həmin siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında davam edir", - Polad Bülbüloğlu deyib.

Səfirin sözlərinə görə, Azərbaycan xalqı müharibə şəraitində yaşayır, bu səbəbdən ordu quruculuğu ölkə üçün ən əhəmiyyətlidir: "Bizim əsas vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünün bərpasından ibarətdir. Dağlıq Qarabağ tarixən qədim Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlərlə bu torpaqlarda yaşayıb və yaradıb.

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Rusiya da daxil olmaqla, dünyanın bütün ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün biz ən müasir silahla və texnikayla təchiz edilmiş güclü ordunu yaratdıq. Mən əminəm, gün gələcək, Azərbaycan bayrağı bu gün işğal altında olan torpaqlarda və mənim doğma şəhərim Şuşada qürurla dalğalanacaq", - deyə səfir əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR