Slimfit
  1. SİYASƏT

Polad Bülbüloğlu: “Ermənistan Rusiyanı münaqişəyə cəlb etməyə çalışır”

Polad Bülbüloğlu: “Ermənistan Rusiyanı münaqişəyə cəlb etməyə çalışır”
Sakura

Polad Bülbüloğlu: “Ermənistan Rusiyanı münaqişəyə cəlb etməyə çalışır”

“Rəsmi Yerevan Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələri Azərbaycanla münaqişəyə cəlb etməyə çalışır”.

Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK agentliyinə verdiyi açıqlamada deyib.

P.Bülbuloğlu bildirib ki, Ermənistan ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) blokunun əsəs üzvü olan Rusiyanı təxribata çəkməyə çalışır:

“Təsadüfi deyil ki, silahlı toqquşma Dağlıq Qarabağla təmas xəttində deyil, Ermənistan - Azərbaycanın sərhədində baş verdi”.

P.Bülbüloğlunun sözlərinə görə, iki ildir sərhədin Tovuz rayonu istiqamətində Azərbaycan Ermənistan tərəfinin atəşkəsi pozması halları ilə üz-üzədir:

“Son iki il ərzində qarşı tərəf atəşkəsi 10 min dəfədən çox pozub, lakin bunlar kiçik atışmalar olub, əlbəttə ki, qarşısı alınıb. Amma Rusiya və bir çox başqa ölkələrin vasitəçiliyinə baxmayaraq, beş gün ərzində döyüşlərin davam etməsi halı müşahidə olunmayıb”.

Azərbaycanın Rusiyadakı səfiri əlavə edib ki, son toqquşmalardan sonra münaqişə tərəflərinin heç biri yeni yüksəklik və ya ərazi işğal etməyib.

“Azərbaycan münaqişənin kəskinləşməsində maraqlı deyil, ölkəmiz yüksək iqtisadi inkişaf səviyyəsini qorumaq istəyir. Biz münaqişənin sülh yolu ilə həll edilməsində maraqlıyıq, bunun üçün işğalçı qoşunlar ərazilərimizi tərk etməlidirlər.

Bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirə aparıla bilər, kompromis barədə danışa bilərik. Bu gün hansı kompromisdən danışa bilərik? Məgər biz öz torpaqlarımızdan imtina etməliyik? Praktiki olaraq dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar.

Heç kim Dağlıq Qarabağı tanımır və tanıyan deyil. BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal edilmiş torpaqlardan dərhal çıxarılmasını tələb edən dörd qətnaməsi var”, - deyə P.Bülbüloğlu xatırladıb.

Azərbaycanlı diplomat iyulun 15-nə keçən gecə Bakıda keçirilən aksiyaya da toxunub:

“Xalqımız Qarabağ probleminin tənzimlənməsi ilə bağlı danışıqların hələ də davam etməsindən yorulub, buna görə də iyulun 15-nə keçən gecə Bakıda aksiya keçirildi. ATƏT-in Minsk qrupunun üç həmsədri var, gəlib gedirlər.

Biz - diplomatlar, siyasətçilər bu şəxslərin fəaliyyət göstərdiyini başa düşürük, amma cəmiyyətdə Minsk Qrupunun işindən narazılıq var. İnsanlar öz ərazilərinin işğalda saxlanılmasından narazıdırlar. Nə etməlidirlər? Onlar deyirlər: gəlin, sona qədər gedək. Bu, cəmiyyətdəki əhval-ruhiyyənin vacib göstəricisidir. Bu, Azərbaycan xalqının öz ərazilərinin itirilməsi ilə heç vaxt razılaşmayacağını sübut edir”.

Fikrinin tamamında P.Bülbüloğlu Türkiyənin Azərbaycana dəstəyinə toxunub:

“Hələlik yalnız Türkiyə Azərbaycanın atdığı bütün addımları tam dəstəklədiyini elan edib. Türkiyənin bütün prezidentləri və təbii ki, Rəcəb Tayyib Ərdoğan daim Azərbaycana dəstək olduqlarını dilə gətirib.

Bu, yeni bir şey deyil. Azərbaycanın ümummilli lider Heydər Əliyev zamanında “bir millət - iki dövlət” şüarını səsləndirib. Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir”.

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR