Dərc edildi: Baxış sayı: 681
“Poçtalyon Peçkin”in oxşarı: Məktub və bağlamaları sahiblərinə çatdırır
Zahiri görünüşü ilə məşhur sovet cizgi filminin personajı “Poçtalyon Peçkin”i xatırladan Dmitri Sidorkeviç Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır.
Life.ru xəbər verir ki, ətrafdakıların onu “Poçtalyon Peçkin” çağırmasından sonra Dmitri Sidorkeviç cizgi filmdəki plaşdan alıb, poçt qutusu düzəldib və insanlara bağlamalar daşımağa başlayıb.
Hazırda “Poçtalyon Peçkin”in oxşarı uşaqlara hədiyyələr aparır, insanları doğum günü münasibətilə təbrik edir və məktubların ünvanına çatdırılması ilə məşğuldur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət