Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən…
“Azərpoçt”dan Azvision.az -a verilən məlumata görə, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 36 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 17:00-dək, Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda şəhərlərində yerləşən “Şəbəkə” Xidmət mərkəzləri 09:00-dan 16:00-dək vətəndaşlara xidmət göstərir.
Eyni zamanda Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1, 7, 22, 25, 33, 66; 2 saylı poçt filialının 9, 17, 65, 100, 102, 111, 117, 145, 146; 3 saylı poçt filialının 2 (MXŞ), 16, 27, 32, 34, 40, 48, 67, 74, 91, 92, 96, 104, 112, 118, 119, 123, 129, 133, 142, 149; 4 saylı poçt filialının 39, 41, 42, 43, 45, 46, 50, 77, 89, 90, 93, 120, 151, 156; 5 saylı poçt filialının 63 (MXŞ), 3, 4, 21, 23, 63, 80, 81, 82, 83, 170; 6 saylı poçt filialının 72(MXŞ), 8, 29, 37, 38, 52, 53, 54, 72, 108, 114, 116, 130, 135, 147 saylı poçt şöbələri, eləcə də regionlardakı mərkəzi xidmət şöbələri 09:00-dan 16:00-dək fəaliyyət göstərir.
Poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi, teleqramların, məktubların, banderolların, bağlamaların, əsgəri göndərişlərin, pul köçürmələrinin ünvanı üzrə nəzarət-keçid müddətlərində çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət