Slimfit
  1. DÜNYA

Plastik yeyən zibillik göbələyi dünyanı necə xilas edə bilər?

Plastik yeyən zibillik göbələyi dünyanı necə xilas edə bilər?
Sakura

Pakistanın paytaxtı İslamabadda bir zibillikdə tapılan və plastik yeyən göbələk növü hər gün artan plastik…

Pakistanın paytaxtı İslamabadda bir zibillikdə tapılan və plastik yeyən göbələk növü hər gün artan plastik tullantılarına bir çözüm ola bilər.

Londonun Kral Botanika Bağçaları-nın açıqladığı məlumata görə, plastik yeyən göbələyə təbiətdə məhvi üçün yüz illər lazım olan plastik əşyaları yox eləmək üçün həftələr bəs edir.

"The Times" qəzeti bildirib ki, dünyanın 18 ölkəsindən yüzdən çox mütəxəssis bu həftə Londonda bir araya gələrək bu göbələk növü ilə bağlı gələcək araşdırmalarını müzakirə edəcək.

Göbələyin ifraz etdiyi fermentlər polyester, poliüretan kimi plastikləri məhv edə bilər.

Mütəxəssislər indi bu fermentlərin tərkibində hansı genlərin olduğunu öyrənməyə çalışırlar. Gen öyrənildikdən sonra bu fermentin sənayedə istehsal edilib-edilməməsini araşdıracaqlar.

"The Times"a danışan Kral Botanika Bağlarından doktor İlia Leitch deyib ki, bu genin okeanlardakı dəniz göbələklərinə köçürülə biləcəyini və bu bölgələrdəki plastik tullantıların da azaldıla biləcəyini söyləyib.

Leitch bildirib ki, göbələyin 5 ildə plastik probleminə çözüm olma potensialı var və böyük şirkətlər də bu göbələklə maraqlanıb.

Dünyadakı göbələk növlərinin yalnız beş faizinin aşkarlandığı güman edilir.

İnsanların dırnaqlarından tutmuş heyvanların ciyərlərinə qədər bir çox müxtəlif yerlərdə və keyfiyyətlərdə yetişə bilən göbələklər ən müxtəlif canlılar arasında yaşayır.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR