Slimfit
  1. İQTİSADİYYAT

Plastik kartlarla birdəfəlik ödənişlərin verilməsinə başlanılıb

Plastik kartlarla birdəfəlik ödənişlərin verilməsinə başlanılıb
Sakura

Plastik kartlarla birdəfəlik ödənişlərin verilməsinə başlanılıb

Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə mayda hər ay üçün yaşayış minimumu qədər (190 manat) birdəfəlik ödənişlərin plastik kartlar vasitəsi ilə verilməsi nəzərdə tutulub.

Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Məlumatda deyilir ki, Tədbirlər Planına əsasən, “Rabitəbank” ASC 21 min nəfərdən çox vətəndaşa birdəfəlik ödəmələrin təqdim olunmasını həyata keçirməyə başlayıb. Vətəndaşlar “Rabitəbank”ın lokal plastik kartlarını əldə edərək ödəmələrini “Rabitəbank” ATM-lərindən əldə edə biləcəklər.

Ödəmələr yalnız Bakı şəhərində deyil, bankın fəaliyyət göstərdiyi bütün regionlarda da həyata keçirilir. Vətəndaşlar onlara göndərilmiş SMS bildirişdə qeyd edilən “Rabitəbank” filialına yaxınlaşaraq 190 AZN birfəfəlik yardım olan bank kartlarını əldə edə bilərlər.

Qeyd edək ki, birdəfəlik ödəməni yalnız işsizlik statusu rəsmiləşdirilmiş şəxslər ala bilərlər. Qanuna əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və başqaları məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alınmır.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR