Slimfit
  1. PSİXOLOGİYA

Planetin ən uğurlu sahibkarlarının məsləhətləri

Planetin ən uğurlu sahibkarlarının məsləhətləri
Sakura

Planetin ən uğurlu sahibkarlarının məsləhətləri

Bu məqalədə planetin ən uğurlu sahibkarlarının sınanmış məsləhətləri təqdim olunur. Onlara əməl etməklə siz biznesdə doğru və dəqiq qərarlar verə bilərsiniz.

1 . Problemin kökü :

  • perspektivləri düşünün. Problemin səthi həlli onun yenidən meydana gəlməsi ehtimalını yaradır;
  • vəziyyət bütün parametrlərdən baxmaq üçün vaxt ayırın;
  • əgər siz daim “yanğın söndürmə” ilə məşğulsunuzsa, demək ki, iş metodlarını gözdən keçirmənin zamanı gəlmişdir;
  • problemlərin səbəblərinin aşkar olunması ilə bütün iş vaxtınızı aparacaq qədər məşğul olmayın;
  • problemlərin dərin köklərini axtarıb tapmaq həm çoxlu zaman həm də pul xərci tələb edə bilər, lakin buna dəyər.
  1. Problemə fərqli bucaqdan baxış :
  • köhnə problemlərə yeni prizmadan yanaşmaq işinizi canlandıra bilər;
  • bu işin xeyrinə nə kimi ideyalarının olmasını aydınlaşdırmaq üçün həmkarlarınızla söhbət edin;
  • qərarları artıq sınanmış və yoxlanılmış müxtəlif metodlar əsasında qəbul edin;
  • siz problemlərin müxtəlif aspektlərdən araşdırılması bacarığına malik olmalısınız;
  • vəziyyətdən məlumatsız olan bir nəfərdən bu barədə öz təəssüratlarını bölüşməyi istəyin. Bu sizə doğru qərara verməniz üçün açar rolunu oynaya bilər.
  • xoşagəlməz hallardan qaçmaq üçün qəbul edilən qərarların nəticələrini düşünün.

3 .  Suallar :

  • sual verməkdən çəkinməyin. Vəziyyətlə bağlı öz bilginizə arxayın olub səhv qərar qəbulunda risk etməkdənsə vəziyyəti öyrənməyə vaxt sərf etmək daha yaxşıdır;
  • sualı, hədəflərinizə ən yaxşı halda cavab verəcək şəkildə qurun;
  • əgər vaxtınız azdırsa o zaman qapalı suallardan istifadə edin;
  • açıq suallar məhsuldar müzakirəyə səbəb ola bilər;
  • sualı verməzdən öncə, həmsöhbətinizi çaşdırmasın deyə ( əgər , təbii ki, qəsdən belə bir niyyətiniz yoxdursa ) onu əvvəlcə beyninizdə xəyalən götür-qoy edin;
  • suallarınız üçün doğru zaman seçin. Yəni, həmin şəraitə uyğundurmu? Və həmsöhbətiniz həyəcanlı deyilmi? Əgər vaxt çoxdursa o zaman sualı sonraya saxlamaq daha yaxşı olar.

4 . Yoxlanmış metodlardan istifadə :

  • vəziyyəti mütəmadi olaraq yenidən dəyərlədirin və köhnə qərarlarınızın nə dərəcədə keçərli olub-olmadığına nəzarət edin;
  • təlaşa qapılmayın.Uğur sizi yeni yolda gözləyir;
  • unutmayın ki,hər zaman problemi həll etməyin çoxlu yolları var;
  • məsələlər haqqında gözlənilməz yanaşmaları rədd etməyin ;
  • yeni metodları yoxlayın və hansı nəticələrə gətirib çıxaraca biləcəyini izləyin;
  • problemin həll edilməsində digər insanların fikirlərini diqqətdə saxlayın. Onlar sizə çox kömək edə bilər.;
  • tapılan həll yollarını daha geniş şəkildə tətbiq etmək imkanına nail olun.

5 . Vaxt azlığı zamanı qərarların qəbulu :

  • perspektivləri düşünün və mümkün ssenariləri reallaşana qədər tətbiq edin;
  • zaman azlığı heç də həmişə pis deyil. Gərgin olduğunuz vaxt siz daha dəqiq və effektiv düşünə bilərsiniz;
  • hazırki vaxta görə vacib olan məsələyə diqqətinizi cəmləndirin;
  • vaxtınız az olsa belə hər şeyi tam analiz etməyə və tələsik qərarlar verməməyə çalışın;
  • əgər zaman problemi varsa, mövcud heç bir detaldan yayınmamaq üçün təcrübəli kolleqa ilə məsləhətləşməyiniz xüsusilə vacibdir.

6 . Xərclərin və gəlirlərin analizi :

  • analizi kimin – sizin ya başqa kiminsə edib-etməməsindən asılı olmayaraq, xərclər və gəlirlər planında hansısa faktorun gözdən yayınıb-yayınmadığını iki dəfə yoxlayın;
  • analiz əsasında yaranan məsələlərin düzgünlüyünə əmin olun. Bir neçə nəfərdən sizin hesabatlarınızı yoxlamalarını istəyin. Bu, onların hər bir tənqidə qarşı dayana bilib-bilməyəcəklərinə əmin olmanız üçündür.

7 . Qərarların operativ qəbulu.

  • özünüzdə və ya ətrafdakılarda astagəlliyə meylilik görürsünüzsə, onu dərhal aradan qaldırmağa çalışın;
  • özünüzü çözməyə çalışın, yəni əgər astagəl birisinizsə, bunun səbəbini araşdırın;
  • lazım gəldiyi haldan güzəştə getməyə hazır olun;
  • hədəflərinizdə dəqiq olun;
  • əgər qarşınızda çox böyük bir tapşırıq durursa onu hissələrə bölün;
  • əgər bir qərarı qəbul etməkdə çətinlik çəkirsinizsə, təcrübəli bir kolleqanıza müraciət etməklə özünüzə olan inamınızı gücləndirə bilərsiniz.

8 . Qərar barədə məlumat :

  • insanlara öz qərarınız barədə məlumat verməzdən öncə təqdimat barədə dərindən düşünün;
  • şirkətin, qərarınıza təsir edə biləcək bütün daxili siyasi aspektlərini nəzərə alın;
  • dinləyicilərin bütün mülahizələrini diqqətlə dinləyin və öz mövqeyinizi detallarla izah etməyə hazır olun. Əgər siz kitabda olan məsləhətlərin hamsına əməl etsəniz, hər bir tənqidə qarşı dayana biləcəksiniz;
  • anlaşılan dildə danışın, elmi terminologiya ilə dinləyiciləri çaşdırmayın;
  • unutmayın ki, müdafiəçi mövqeyinə keçmə hələ heç kimə fayda gətirməyib;
  • təqdimatınızın məzmununu dinləyicilərin dəyərləri və motivasiyaları ilə əlaqələndirin. Qərarınızın onlara verəcəyi faydanı izah edin.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR