Dərc edildi: Baxış sayı: 388
Hər gün riyaziyyatla məşğul olur
116 yaşlı yapon Keyn Tanaka planetin ən qoca sakini kimi Ginnesin rekordlar kitabına düşüb.
Bu haqda “The Guardian” nəşri məlumat yayıb.
K.Tanaka 2 yanvar 1903-cü ildə anadan olub. Hazırda Yaponiyanın cənub-qərbində yerləşən Fukuoka şəhərində yaşayır.
Rekordçu qadın hər gün səhər saat altıda oyanır və riyaziyyatla məşğul olur. O, eyni zamanda, “Otello” (masaüstü oyun - red.) oynamağı sevir.
Qeyd edək ki, bundan əvvəl planetin ən qoca sakini Tiyo Miyako hesab olunurdu. O, 117 yaşında dünyasını dəyişib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət