Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Piylənməyə qarşı mübarizə beşikdən aparılmalıdır

Piylənməyə qarşı mübarizə beşikdən aparılmalıdır
Sakura

Amerialıların yeni metodikası bizim üçün də faydalı ola bilər

Ens.az xəbər verir ki, ABŞ-da sağlam qidalanma üzrə yeni rəsmi təlimatlar yayımlanıb. Onlarda tətbiq olunan yeniliklər ilk növbədə piylənmə ilə mübarizə məqsədi daşıyır. Bu o deməkdir ki, bu tövsiyələr bütün ölkələr üçün maraqlı olacaq.

Amerika Dietoloqlar Assosiasiyasının yeni tövsiyələrinin piylənmə ilə mübarizəyə hədəflənməsi heç də təsadüfi deyil. Amerikalıların 70% - i həddindən artıq çəkili bədənə sahibdir və son 20 ildə ağır piylənmə tezliyi iki dəfə artmışdır. Bir çox ölkələrdə, habelə ölkəmizdə də tendensiyalar eynidir, çünki qidalanma çoxdan qlobal olmuşdur.

Dietoloqlar üçün təlimat

Təbii ki, sözügedən tövsiyələrin yayımlanmasının başqa məqsədləri də var. Ümumiyyətlə, bu, önümüzdəki 5 il ərzində həkimlər və digər səhiyyə işçilərinin fəaliyyəti üçün bələdçi olacaq. İstehsalçılar, məhsulları bu sənəddə göstərilən meyarlara cavab verərsə, “sağlam” və “faydalı” terminlərini qablaşdırmalarına daxil etmək hüququna malikdirlər. Bundan əlavə, bu təlimat məktəblilər üçün nahar menyusunu formalaşdırmaq və yoxsullar üçün pulsuz məhsulların siyahısını tərtib etmək məqsədilə istifadə olunur (əmin olun, bu siyahı istifadə etdiyimiz mücərrəd "qida səbəti" ndən daha doludur).

Niyə amerikalı dietoloqlar ilk növbədə artıq çəkiyə qarşı mübarizədə maraqlıdırlar? Cavab aydındır: piylənmə ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet və bəzi xərçəng növləri də daxil olmaqla bir çox xroniki xəstəlik üçün risk faktorudur. Düzgün qidalanma isə bunların qarşısını almaq üçün əla yoldur.

Amerikasayağı üç balina pəhrizi

Tövsiyələrin əsas məqamları bunlardır və hamısı normal bədən çəkisinin qorunmasına kömək edir:

1. Daha çox tərəvəz, meyvə, paxlalılar , dənli bitkilər, az yağlı süd məhsulları, yağsız ət və quş əti, dəniz məhsulları, qoz-fındıq, doymamış bitki yağları yeyin. Bu qrup qidaların istehlakının bir sıra xroniki xəstəliklər riskini azaltdığına dair elmi dəlillər mövcuddur.

2. Qırmızı ət və ət məhsulları, şəkər əlavəsi olunmuş qidalar və içkilər və rafinə olunmuş un məhsullarının istehlakını azaldın. Bunlar sağlamlıq üçün təhlükə riskinin artması ilə əlaqələndirilir. Yüksək xolesterin və doymuş yağlarla zəngin qidalardan istehlakı mümkün qədər məhdudlaşdırmağınız da tövsiyə olunur. Sonuncunun qida rasionundakı payı gündəlik kalori istehlakının 10% -dən çox olmamalıdır. Qida rasionunuzda doymuş yağların doymamış yağlarla əvəz edilməsi tövsiyə olunur. Balıq və dəniz məhsulları, paxlalılar, qoz-fındıq (tərkibində sağlam yağlar var) və bitki yağı istehlakı ürək xəstəliklərini azaldır və sağlam çəkini qorumağa köməklik edir.

3. Gündəlik kalori istehlakınızda şəkər əlavəsi qəbulunu 10% -dən 6% -ə qədər azaldın. Bu nə deməkdir? Gündəlik 2000 kalori dəyərinə (bu, əksər insanlar üçün normadır) 30 qram şəkər daxil etməyə icazə verilir. Aydın olması üçün bu təxminən 5-6 ədəd rafinə olunmuş şəkər deməkdir (1 ədəd 5-5,5 q ağırlığında). Mütəxəssislər bunun təlimatlardakı böyük bir yenilik olduğunu söyləyir. Şəkər əlavəsinin sağlamlığa təsiri barədə elmi sübutları araşdırdıqdan sonra hesabat komitəsi tövsiyə olunan şəkər qəbulunun əhəmiyyətli dərəcədə azaldılmasına dair qərar verib.

"Boş kaloriləri" çıxarın !

Əvvəla, bu məhdudiyyət şəkərli içkilər, xüsusən də qazlı içkilər üçün tətbiq olunur. Orta bir amerikalının rasionundakı (həm böyüklər, həm də uşaqlarda) şəkərli qazlı içki - şəkər əlavəsinin əsas mənbəyi və piylənmənin başlıca səbəbidir. Bunlar, özündə hər hansı bir faydalı maddə ehtiva etməyən "boş kalori" lərdir.

Rusiyadakı Sağlam Qidalanma üzrə Milli Tədqiqat Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Oleq Medvedyev amerikalı həmkarlarının işini şərh edərək deyib : "Yeni təlimatları təhlil etsək, ideal rasionun, tərəvəz və meyvələr, paxlalılar və tam taxıllardan ibarət olan bitki mənşəli  pəhriz olduğunu görərik" . Onda duz və şəkər, doymuş yağlar, ət və yüksək yağlı süd məhsulları məhdudlaşdırılmışdır. Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün qida rasionuna bitki yağları, qoz-fındıq, balanslı yaymalar əlavə etmək yaxşıdır. Hesabat müəllifləri belə bir rasionun gündəlik təqib edilməsinin vacib olduğunu vurğulayırlar. Insanların qidaları ayrı-ayrılıqda deyil, kompleks şəkildə alması daha yaxşıdır . "

Bir çoxları yeməyin hansı tezliklərlə yeyilməsi və qidanın gec qəbulunun sağlamlığa və çəkiyə təsir edib-etmədiyi ilə maraqlanır. Komissiya, birmənalı nəticə çıxara bilməyib , ancaq insanların gecə atışdırmaq üçün tez-tez zərərli qida seçdiyini qeyd edib : bulka və şirniyyatlar. Təlimatlar, yeməyin qəbulu vaxtından çox onun keyfiyyətinin vacib olduğunu göstərir.

Beşikdən və hətta daha erkəndən arıqlamaq lazımdır

ABŞ -da, qidalanmaya dair tövsiyələr 1980-ci ildən bəri və 5 ildən bir yenilənən nəşrlə buraxılır. Bu nəşrdə, ilk dəfə olaraq, hamilələr və körpələr üçün qidalanma bölməsi yer alıb. Bunun səbəbi bəllidir: 2 yaşdan 5 yaşa qədər olan amerikalı uşaqların demək olar ki, 14% -i, əsasən də kasıb ailələrdən olanlar piylənmədən əziyyət çəkir. Tədqiqatçılar belə nəticəyə gəliblər: piylənmə ilə mübarizə hamilə qadınların qidalanmasına diqqət yetirərək doğuşdan və hətta daha əvvəldən başlanmalıdır.

Hamilə və süd verən qadınların qida rasionlarına ilk növbədə omeqa-3 yağ turşuları - balıq və dəniz məhsulları daxil etmələri tövsiyə olunur. Omeqa-3 istehlakının, hamiləlikdə ağırlaşma riskini azaltdığına və uşaqlarda nitq və zəkanın inkişafını sürətləndirdiyinə dair dəlillər var.

Hesabatda ana südü ilə qidalanma tövsiyə olunur. Araşdırmalar, ana südünün piylənmə, 1-ci tip diabet və astma riskini erkən yaşda azaltdığını göstərib. İlk tamamlayıcı qidanın 4-5 aydan tez verilməməsi tövsiyə olunur və bu, tərkibində çox doymamış yağlar olan, dəmir və sink baxımından zəngin qida olmalıdır. Komissiya, 2 yaşa qədər olan uşaqlara şəkərli içkilər verməyi qətiyyətlə qadağan edir: şəkərli və qazlı içkilərin uşaq piylənməsinə təhrik etdiyinə inanılır.

Mənbə: aif.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR