Sürücülər, yoxsa piyadalar haqlıdır?
Bu ilin ilk 4 ayı ərzində ölkə üzrə bütün qəzaların 68 faizi, Bakı şəhəri üzrə isə 65 faizi piyadaların vurulması ilə nəticələnən yol qəzaları olub. Maraqlıdır ki, son günlərdə bir piyadanın iki maşın tərəfindən vurulması kimi hallar baş verir. Araşdırmalar göstərir ki, bu qəbildən olan qəzaların istintaqı zamanı sürücülərin təqsirləndirilməsi “adət” halını alıb. Belə ki, 96-97 faiz hallarda istintaq orqanı sürücüləri təqsirləndirərək məhkəməyə verir. Rusiya Federasiyasında bu rəqəm 60 faizdən artıq deyil.
Milli Məclisin deputatı Çingiz Qənizadə Avtosfer.az-a bununla bağlı fikirlərini bölüşüb. Ümumiyyətlə qanunlar necədir? Dəyişməlidirmi? Sürücülər, yoxsa piyadalar haqlıdır? Bu sualların cavabları VİDEOMÜSAHİBƏdə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət