Slimfit
  1. MARAQLI

Pişiklərə bu qidaları vermək olmaz

Pişiklərə bu qidaları vermək olmaz
Sakura

Onların həzm sistemi üçün ölümcül ola biləcək çox sayda qidalar var.

Evdə və ya küçədə yemək verdiyimiz pişiklər ailəmizin bir hissəsi olduğuna görə öz yeməklərimizi bölüşmək üçün təbii instinktimiz olsa da, bizim üçün sağlam olan, lakin onların həzm sistemi üçün ölümcül ola biləcək çox sayda qidalar var.  Pişikləri verməməli  olduğumuz qidaların siyahısı:

 

 Alkoqol

 Çiy Yumurta

 Çiy ət və balıq

 Çay, Qəhvə və Kafeinli İçkilər

 Sarımsaq, quru və yaşıl soğan

 Konservləşdirilmiş balıq

 Körpə qidası

 İt yeməyi

 Yaş pişik yeməyi

 Toyuq və ya ət sümükləri, balıq sümükləri

 Çiy və ya bişmiş yağ parçaları

 Süd və süd məhsulları (qatılaşdırılmamış süd və qatıq)

 Çox duzlu pendir

 Üzüm və kişmiş

 Şəkər və şəkərli qidalar

 Saqqız və şokolad

 Qaraciyər

 Limon və limon turşusu olan bütün sitrus meyvələri

 Göbələklər

 Avokado

 Fındıq, fıstıq, badam tipli çərəzlər

 Kakos və kakos yağı

 Duz və ədviyyat

 Xəmir mayası və maya qidaları

 Özünüz istifadə etdiyiniz dərmanlar və tərkibində dəmir olan vitaminlər

  Kiflənmiş və ya korlanmış yeməklər

 Tütün və marixuana

Xurma

 Şaftalı çəyirdəyinin içi

 Pişiyiniz bu qidalardan birini yeyibsə, zəhərlənmə halında bir müddət onu nəzarət altında saxlamaq lazım ola bilər.  Bulantı, qusma, zəiflik, iştahsızlıq və ya başqa  daha ciddi  simptom varsa, dərhal baytar həkiminizə müraciət etməyinizi məsləhət görürük.

 Quru qidadan başqa pişiklərə bunları vermək olar:

 Ət: Pişiklər ət sevirlər.  Tam protein bazası olan ət, insanlar üçün olduğu kimi,  pişiklərin də əzələ inkişafı üçün çox faydalıdır.  Bununla belə, çiy və yağlı olmamaq şərti ilə hər cür əti pişiklərə verə bilərsiniz. Bişirərken,  boğazlarına ilişməmək  və asanlıqla çeynənmələri üçün onu kiçik hissələrə ayırın.

 Balıq: Pişiklər də balıqları sevirlər.  Balıqları ümumiyyətlə sevməyən bəzi pişiklər olsa da, bunlar istisnadır.  Daxili orqanları, xüsusilə qaraciyəri təmizlənmiş balıqları  bişirib verə bilərsiniz.  Sümüklərini çıxarmağı unutmayın!

 Yumurta: Balıq kimi yumurta da çiy deyil, bişmiş verilməlidir.  Bişmiş  deyəndə, əlbəttə ki, onu kərə yağında bişirmək barədə danışmırıq.   Mümkündüsə qaynadıb verin.  Gündə 1-dən çox yumurta verməməyə diqqət yetirin.

 Tərəvəz: Pişiklər ətyeyən olsa da, bəzi tərəvəzləri sevirlər.  Tərəvəz yeməyi həzm etməyi asanlaşdırır. Çiy tərəvəzlər ishala səbəb ola bilər, buna görə də onları yüngülcə qaynatmaq yaxşı olar.  Sevdikləri tərəvəzi tapmaq da yaradıcılığınıza aiddir.  Dadın çox gəlməməsi  üçün bişmiş ət ilə qarışdıraraq verə bilərsiniz.

Mənbə: hangisieniyi.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR