Slimfit
  1. MARAQLI

Pişiklər ağır xəstələrə və ölməkdə olanlara necə yardım göstərir? –Araşdırma

Pişiklər ağır xəstələrə və ölməkdə olanlara necə yardım göstərir? –Araşdırma
Sakura

Pişiklər ağır xəstələrə və ölməkdə olanlara necə yardım göstərir? –Araşdırma

Pişiklərin ağır xəstələrin yalqızlığını yüngülləşdirmək və ölənlərin yatağı yanında növbə çəkmək bacarığını elmi araşdırma predmeti etməyinə dəyər. Qocalar evinin heyəti bəzi pişiklərin məhz ən tənha və xəstə adamların yanına necə gəldiyindən danışır.

Özüm ciddi xəstələndikdən və pişiyimiz məni ovundurandan, qayğımı çəkərək oxşayandan sonra pişiklərin insanın halına acıması məsələsilə maraqlanmağa başladım. Pişiklər və xəstələr haqda daha çox bilmək üçün bunu “pişiklər və zəifləmiş adamlar arasında bağlılıq” adlandırdım. Bu, qocalar evində iki araşdırma aparmağa səbəb oldu. Birincisini 2016-da “Senioren” qəzetində (və “Bizim, pişiklərin dostlarının arasında” kitabında) dərc olunub.

Mən 2018-də bütün ölkə boyu Skonedən Vesterbottenə qədər qocalar evində 30 müsahibə götürdüm. Amma pişiklər 30 deyil, daha çoxdur, axı qocalar evində pişiklər birdən artıqdır, həm də heyət çox vaxt pişiklərin bir neçə nəslindən danışır.

Xüsusən maraqlıdır ki, bəzi pişiklər ağır xəstələrin və ölən adamların yanına gəlir. Amerika herontoloqu (qocaları öyrənən mütəxəssis-red.) Devid Douza “Oskarla gəzinti” (Making rounds with Oscar, 2010) kitabında bu fenomendən danışıb. Orada heç bir elmi açıqlama yoxdur. Pişik çox vaxt heyətdən qabaq aşkarlayır ki, insan ağır xəstədir. Əməkdaşlar pişiyin davranışını görüb başa düşürlər ki, xəstənin son saatı yaxınlaşır.

Məsələn, pişik heyətdən qabaqda müəyyən bir qapının yanına qaçır, ya da onun qabağında ucadan məvuldayaraq  sanki deyir: “Siz burada lazımsınız”. Sonra heyət pişiklə birgə görür ki, adam qəflətən keçinib. Bu zaman pişik ölmüş adamın yanına uzanır. Bu pişiklər olduqca tərsdir. Onlar inadla ağır xəstənin yatdığı otağa girməyə çalışırlar – hətta bu,  pişiyin çox yaxşı tanımadığı adamdırsa da. Pişik təki ağır xəstənin yanına düşsün deyə heyətlə bərabər gizlincə liftə və kodlu qıfılla bağlanmış qapıdan girir.

Xəstə qarşı deyilsə, pişiyi həmişə otağa buraxırlar. Pişik, adətən, xəstənin ayaqlarının yanında uzanır və mırıldayır, təşvişli atmosferin yerini sükut alır.

Xəstənin yaxınları, heyət və pişik yatağın yanında növbə çəkə bilərlər. Araşdırmaya qatılmış qoca bir pişik on il dalbadal ildə beş dəfə bu işlə məşğul olub. Pişik xəstə öləndən sonra otağın yeni sakininə bir müddət ehtiyatla yanaşa bilər.

Hər şey bir neçə dəfə təkrarlananda heyət ağır xəstələrlə bəzi pişiklərin bacarığı arasında bağlılıq görür. Bir qocalar evində bildiriblər ki, yaşlı və xəstə adamlara qayğı göstərməyə gələn həkim yerli pişiyin hansısa konkret bir adama  yaxınlaşıb-yaxınlaşmadığını soruşub. Yəqin ki, bu həkim pişiklərin həyat üçün təhlükəli xəstəlikləri üzə çıxartmaq bacarığını bilirmiş.

Heyvanların insanların həyat və sağlamlığı üçün önəmi bir çox araşdırmalarda öyrənilib və təsdiqlənib. Pişiklər və ölməkdə olanlar arasındakı bağlılığı başa düşmək hələ bizi gözləyir.

Bəs elmi araşdırmalar hanı? Bəzi pişiklərin adamın son saatını öncədən bildirmək və bu zaman xəstəni sakitləşdirməkdə bu nadir bacarığını öyrənmək gərəkdir.

 

Mənbə: Strateq.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR