Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Pişik dərmanı "COVID-19"-u məhv edə bilər

Pişik dərmanı "COVID-19"-u məhv edə bilər
Sakura

Pişik dərmanı "COVID-19"-u məhv edə bilər

Pişiklərin yoluxucu peritonit xəstəliyinə başqa bir növ koronavirus səbəb olur, lakin tədqiqatçıların laboratoriya təcrübələri göstərir ki, bu dərman "COVID-19"u da məhv edə bilər

 

Kanadada Alberta Universitetinin alimləri pişiklər üçün hazırlanmış bir dərmanın insanları koronavirusdan qoruya biləcəyini açıqlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, "GC376" adlanan dərmandan pişiklərdə bağırsaqdan başlayan və beyinə gedərək ölümcül nəticələnə bilən yoluxucu peritonit xəstəliyini müalicə etmək üçün istifadə olunur.

Pişiklərin yoluxucu peritonit xəstəliyinə başqa bir növ koronavirus səbəb olur, lakin tədqiqatçıların laboratoriya təcrübələri göstərir ki, bu dərman "COVID-19"u da məhv edə bilər.

Digər tərəfdən, hazırda insanları "COVID-19"a qarşı müalicə edə biləcək və ya qoruya biləcək bir dərman və ya təsirli peyvənd yoxdur. Bu səbəbdən həkimlər işə yarayan dərmanlar barədə öz qərarlarını vermək məcburiyyətində qalırlar.

Pandemiyanın başlanğıcından bəri, ağır vəziyyətdə olan COVID-19 xəstələrində yalnız deksametazon və remdevisirin ölüm riskini azaltdığı sübut edilib.

"GC376" hələ insanlarda sınaqdan keçirilməyib. Lakin tədqiqatçılar klinik sınaqlara dərhal başlamasının lazım olduğunu söyləyiblər. Onların fikrincə, bu dərmanın koronaviruslarına qarşı antiviral olaraq işləməsi sınaqlar üçün yetərli dəlildir.

Tədqiqatlar göstərib ki, "GC376" fermenti şikəst edərək virusun çoxalmasını dayandırıb. Bu, o deməkdir ki, pişik dərmanı "Covid-19" öldürə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR