Pis ağız qoxusunu yox edən 5 sınanmış təbii vasitə
Pis ağız qoxusunun əsas səbəbləri xarab dişlər, ağız boşluğunun natamam gigiyenası və burun-udlaq infeksiyaları (sinusitlər, angina və s.).
Dişləri və burun-udlaq infeksiyalarını vaxtında müalicə etmək və gündə 2 dəfə dişləri yumaqla (səhər və şam yeməyindən sonra) pis ağız qoxusundan azad olmaq mümkündür.
1. Nanə, kərəviz və ya cəfərini çeynəyin. Bu göyərtilər pis ağız qoxusunu yox etməyə kömək edir.
2. Alma yeyin.
3. Muskat qozunun (cövüz) kiçik tikəsini çeynəyin. Muskat qozu ağız boşluğuna yaxşı antiseptik təsir edir. Həmçinin muskat ürək və qaraciyər üçün çox faydalıdır, həzmi yaxşılaşdırır.
4. Dəfnə yarpağını çeynəyin.
5. Yarım stəkan suya hərəsindən 1 çimdik darçın və zəncəfil əlavə edin, qarışdırın və bu su ilə ağız boşluğunu səhər və axşam (dişlərinizi yuduqdan sonra) yaxalayın. Bunu gündə bir neçə dəfə edin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət