Dərc edildi: Baxış sayı: 778
Pir Sultan Abdal - Açılın qapılar, şaha gedəlim
Xızır Paşa bizi berdar etmədən
Açılın qapılar, şaha gedəlim!
Siyasət günləri gəlib yetmədən
Açılın qapılar, şaha gedəlim!
Gönül çıxmaq istər şahm köşkünə,
Can boyanmaq istər Əli mişginə,
Pirim Əli on iki imam eşqinə
Açılın qapılar, şaha gedəlim!
Her nerəyə getsəm yolum dumandır
Bizi boylə qılan əhdü peymandır,
Zəncir boynum sıxdı, halım yamandır
Açılm qapılar, şaha gedəlim!
Yaz selləri kimi axar çağlaram,
Xəncər alıb ciyerləri dağlaram,
Qərib qaldım bu arada ağlaram
Açılın qapılar, şaha gedəlim!
Pir Sultan Abdal der: mürvətli şahim!
Yaram sızlar, baş oldu ciyərgahım.
Ərşə dirək-dirək olmuşdur ahım
Açılın qapılar, şaha gedəlim!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət