Pilotsuz aparatlar Ramin Quluzadəyə tapşırıldı - Novruz Məmmədovdan qərar
Fins.az-ın məlumatına görə,Kaliforniyanın Vilson dağının qarla örtülü zirvəsində tanınmış bir çox rəsədaxana yerləşib. Məsələn, 1949-cu ilədək orada “Hooker” teleskopu olub, 2004-cü ildə isə ora “CHARA” optik interferometr yerləşdirilib. Hazırda isə həmin zirvədə iki yeni rəsədxana tikilir. Onlar kosmosun öyrənilməsi üçün nəzərdə tutulmasalar da, yenə də adları tarixə düşəcək. Belə ki, tikinti ilə kiçik “PointView Tech” şirkəti məşğul olur. Adı çəkilən həmin şirkət də “Facebook”-a tabedir.
Xəbər verilir ki, rəsədxanalar “Athena” peyki ilə lazer rabitə qurmaq üçün nəzərdə tutulub. Məlumdur ki, həmin peyk planetin zəif inkişaf etmiş regionlarında internetin paylanması üçün istifadə ediləcək. Daha əvvəl şirkət “Aquila” pilotsuz uçuş aparatlarından istifadə etmək istəsə də, 2018-ci ilin iyununda layihə dayandırılıb.
Şirkət çoxdandır informasiyanın lazer və optik üsullarla göndərilməsi ilə maraqlanır. Müəssisə radiotezlikli metodla müqayisədə bunda ən azından iki üstünlük görür: birincisi, bu üsullar məlumatların yüksək sürətlə ötürülməsini təmin edir, ikincisi isə onlar mane və kiberhücumlardan yaxşı qorunurlar. Lakin rabitəni pisləşdirə biləcək bir böyük mənfi cəhət var: lazer şüaları geniş bulud təbəqəsindən çətinliklə keçir.
Hələlik nə “Facebook”, nə də “PointView Tech” əməkdaşları internetin paylanma texnologiyaları barədə ətraflı məlumat vermir. İnformasiyanın bir hissəsi sadəcə elmi məqalələrdən məlum olub. Həmin məqalələrdə xüsusilə “Facebook” şirkətinin internetin qloballaşma layihəsinin inkişafı üçün peyk və aerokosmik rabitə sahəsindəki araşdırmaların nəticələrindən istifadə qeyd olunub.
Şirkət artıq “Mynaric” firmasının avadanlığından istifadə etməklə yerlə hava arasında lazer rabitəni sınaqdan keçirib. Yerüstü stansiyadan kiçik təyyarəyə məlumatın ötürülməsi zamanı sürət saniyədə 10 qiqabit təşkil edib. Məlumdur ki, Vilson dağında rəsədxanaların tikintisi 2018-ci ilin iyulunda başlayıb. Ola bilsin, “Facebook” indiyədək Almaniyanın “Mynaric” şirkəti ilə əməkdaşlıq edir və yeni sınaq mərhələsinə hazırlaşır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət