Slimfit
  1. DÜNYA

Pilot qız dostuna təyyarə havada olarkən idarəni öyrətdi

Pilot qız dostuna təyyarə havada olarkən idarəni öyrətdi
Sakura

Pilot qız dostuna təyyarə havada olarkən idarəni öyrətdi

Rusiyada pilot Yakutiyadandan Bataqaya uçan təyyarəni qız dostuna həvalə edib.

News.ykt.ru portalının yaydığı məlumata görə, bu barədə videonu həmin qız özü sosial şəbəkələrdə paylaşıb.

Videodan görünür ki, bir pilot dostuna təyyarəni necə idarə etməli olduğunu havada olarkən öyrədir.

Məlumata görə, təyyarə “İrAero” aviaşirkətinə məxsusdur. 

Videoda pilotun “təcrübəçi”sinə bu əmrləri necə verdiyi eşidilir: “Geri, indi sağa. İndi sükanı buraxa bilərsiniz. İndi geri çevirin!”

“Təcrübəçi” qız sosial şəbəkələrdə tənqidlərdən sonra videonu silib və hesabını bağlayıb.

Aviaşirkət isə hadisənin onlara məxsus təyyarədə baş verdiyinə şübhə etdiyini açıqlayıb. Bu ərəfədə mühərrikində nasazlıq olan SSJ-100 təyyarəsi Tümendə təcili eniş edib. Araşdırmalar davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR