Dərc edildi: Baxış sayı: 553
Pilot kirpini əzməmək üçün təyyarəni dayandırdı
Şotlandiyada Saab340 tipli təyyarənin pilotu kirpini əzməmək üşün uçuşa hazırlaşan təyyarəni uçuş zolağında saxlayıb.
Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, insident Stornovey şəhərinin hava limanında baş verib. Pilot və sərnişinlər kirpinin uçuş xəttini keçməsi üçün 2 dəqiqə gözləməli olublar.
Bildirilib ki, bu Stornovey hava limanında baş verən ilk belə hadisə deyil. Hava limanının bütün əməkdaşları ətraf mühitə və canlılar aləminə qayğıyla yanaşırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət