Slimfit
  1. İDMAN

PFL Azərbaycan Premyer Liqasının VII turu ilə bağlı dəyişikliklər edib

PFL Azərbaycan Premyer Liqasının VII turu ilə bağlı dəyişikliklər edib
Sakura

PFL Azərbaycan Premyer Liqasının VII turu ilə bağlı dəyişikliklər edib

Azərbaycan Premyer Liqasının VII turunun oyunları ilə bağlı dəyişiklik edilib.

"Report" Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu dəyişiklik AFFA, “Qarabağ” və “Keşlə” klublarının rəsmi müraciəti əsasında həyata keçirilib. 

Millətlər Liqasında oktyabrın 11-də Farer adaları ilə səfərdə, oktyabrın 14-də Malta ilə Bakıda keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan milli komandası oktyabrın 6-da təlim-məşq toplanışına start verəcək. Bütün bunları nəzərə alan AFFA PFL-dən VII turun təqvimində dəyişiklik edilməsini xahiş edib.

Milli komandanın beynəlxalq oyunlarını və “Qarabağ”ın Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil etməsini nəzərə alan PFL hesabat turunun təqvimi ilə bağlı iki dəyişikliyə razılıq verib. Yeni qərara əsasən, VII turun oktyabrın 6-da keçirilməli olan “Zirə” – “Qəbələ” matçı oktyabrın 5-nə keçirilib. Oktyabrın 6-da keçirilməli olan “Keşlə” - “Qarabağ” matçı oktyabrın 31-nə təyin olunub. 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR