
Dərc edildi: Baxış sayı: 138
Pezeşkian İsrailin zərbələrinə yenidən reaksiya verib: "İran səssiz qalmayacaq"
"İran Silahlı Qüvvələri İran ərazisinə endirilən zərbəyə elə cavab verəcək ki, düşmən törətdiyi əmələ görə peşman olacaq".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində deyib.
"İran xalqı və ölkə hakimiyyəti bu cinayət qarşısında səssiz qalmayacaq və İslam Respublikasının qanuni, güclü cavabı düşməni öz axmaq hərəkətlərinə görə peşman olmağa vadar edəcək", - deyə o vurğulayıb.
Məsud Pezeşkian həmçinin xalqı birləşməyə, hakimiyyətə etibar etməyə və yayılan şayiələrə əhəmiyyət verməməyə çağırıb.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət