Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Peyvəndlərin dünyanı xilas etdiyi 6 yoluxucu xəstəlik

Peyvəndlərin dünyanı xilas etdiyi 6 yoluxucu xəstəlik
Sakura

Peyvəndlərin dünyanı xilas etdiyi 6 yoluxucu xəstəlik

Peyvənd zərərlidirmi? Bu sual əsrlər boyunca bəşəriyyeti narahat edən  məsələrdən biri olmuşdur. Peyvendin əhəmiyyəti ilə bağlı mübahisə və müzakirələr davam edərkən Çində başlayan və yüzlərlə insanın ölümünə səbəb olan korona virusu mübahisə və müzakirələrə yeni bir baxış bucağı qazandırmışdır. Peyvəndin həyat xilas edici təsirləri olduğunu ortaya çıxaran  və yeni tip peyvəndlərin inkişaf etdirilməsini stimullaşdıran  bir çox inkişafa şahid olduq. Bu yazımızda bəşəriyyeti böyük epidemiyalara səbəb olmuş və peyvəndlərin sayəsində qarşısı alınmış yoluxucu xəstəlikləri tərtib etdik. Az da olsa peyvəndin ehemiyyətini əziz oxucularımızla bölüşə biləciyik ve cəmiyyətin mariflənməsində bizim də payımız olacaq.

Çiçək Xəstəliyi

Variola adlanan bir virusun səbəb olduğu və tənəffüs yolu ilə yoluxan çiçək xəstəliyi, insanların bədənlərində və üzlərində qabıq bağlayan sepkilərlə müşahidə olunan böyük nöqtələr şəklində qaşıntılı, içi sulu qızarıqlıqlar meydana gətirir. İmmun sisteminə hücum edərək sürətli bir şəkildə ölümə səbəb olan xəstəlik 17-ci əsrdə ölümcül bir epidemiyaya səbeb oldu. O dövrdə hər 10 insandan 3-ü çiçək xəstəliyi səbəbiylə həyatını itirirdi. Edward Jenner, dünyanın ilk peyvəndini  yaratmaqla digər  yeni peyvəndlərin yaradılmasına vəsilə oldu. Peyvənd inkişaf etmiş ölkələrdə vaksinasiya kimi davamlı tətbiq edilməyə başlandı və 1980 -ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (WHO) "çiçək xəstəliyi tamamilə ortadan qaldırılan ilk xəstəlikdir" şəklində bəyanat verdi. Çiçək xəstəliyi, tamamilə öhdəsindən gəlinmiş tək xəstəlik xüsusiyyətinə sahibdir. Çiçək peyvəndi, vaksinasiyanın əhəmiyyətini vurğalayan inqilabi bir peyvənddir.

Uşaq İflici və ya Poliomielit

Poliomielit olaraq da tanınan uşaq iflici, mərkəzi sinir sistemini təsir edərək iflicə səbəb olan bir xəstəlikdir. Poliovirusun səbəb olduğu bu xəstəlik, gəlib keçici qrip bənzəri semptomlarla müşahidə olunurdu. Uşaqlar, həftələr boyunca süni tənəffüs cihazlarının içərisində qalırdı. 1952-ci ildə ABŞda 3000 uşaq, uşaq iflicindən dolayı həyatını itirmişdir. Ağız yoluyla yayılan virus, ictimai yerlərdə yayılırdı. 1955-ci ildə inkişaf yaradılan  peyvənd sayəsində uşaq iflici nisbətləri sürətlə azalmaya başladı. 2019-cu ilin Mart ayı hesabatlarına görə yalnız üç ölkədə (Nigeriya, Pakistan və Əfqanıstan) uşaq iflici qeydə alınmışdır.

Difteriya

20-ci əsrin əvvəllərində yayılmağa başlayan difteriya, təkcə 1921-ci ildə 15520 nəfərin ölümünə gətirib çıxardı. 1990-cı illərin əvvələrində əhali sıxlığının çox olduğu şəhərlərdə insanların ölümünə səbəb olan xəstəlik 1923-ci ildə yaradılan  difteriya peyvəndi ilə böyük nisbətdə azaldı. 2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatına təxminən 7.100 difteriya qeydə alındığı raport edilmişdir. Bu esasən ölkələr ümumiyyətlə inkişaf etməmiş ölkələrin payına düşür. (Centers for Disease Control and Prevention, CDC) (ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri) uşaqlara dörd doza difteriya peyvəndi və hər 10 ildə bir də immunitet gücləndirici peyvənd etdirilməsini tövsiyə edir.

Qulaqdibi xəstəliyi və ya parotid

Rubulavirus ailəsinin üzvü olan paramiksovirus adlı bir virusun səbəb olduğu qukaqdibi xəstəliyi, tüpürcək yoluyla yayılır və uşaqlarda ağrılı bir üzə səbəb olur. Qulaqdibi peyvəndinin vaksinasiyasından əvvəl, ABŞda hər il təxminən 186.000 qulaqdibi xəstəliyi qeydə  alınırdı. Ümumiyyətlə ölümcül riski yaratmasa da, eşitmə itkisi kimi ömür boyu davam edən problemlərə səbəb ola bilən bu xəstəlik, gənc kişilərin təxminən yüzdə 20 və 30 -nun xaya iltihabı adlanan(xaya şişməsi)  xəstəliyə səbəb olur. 1997 -ci ildə paratid peyvəndi tətbiq olunmağa başlandı və xestəlik faizi yüzdə 99 azaldı. Bu gün ildə artıq bir neçə yüz insanda qeydə alınır.

Qızılca

Peyvəndin əhəmiyyətindən danışdıqda nümunə göstərə biləcəyimiz bir başqa yoluxucu xəstəlik də qızılca xəstəliyidir. Paramyxoviridae sinifinə aid bir virusun səbəb olduğu bu xəstəlik, tənəffüs sistemi və digər orqanları təsir edir. Qırmızı nöqtələr halında səpkilər və qrip bənzəri semptomlarla müşahidə olunan qızılca, korluq, beyin zədələnməsi və hətta ölümə belə səbəb ola  bilir. 1950-ci illərin sonlarında hər il milyonlarla insan qızılcaya tutulur, 400-500 adam da həyatını itirirdi. Uşaqlarda qızılca, alman qızılcası və qulaqdibinə qarşı immunitet yaranmasını təmin edən , 2 doza tətbiq olunan QQA(Qulaqdibi,Qızılca, Alman qızılcası)  peyvəndi sayəsində xəstəliklərin müşahidə nisbəti azaldı. Son vaxtlarda isə peyvənd əleyhdarı kampaniyalar səbəbiylə qızılca, yenidən təhlükəli bir epidemiya halına gəlmişdir.

Alman qızılcası

Alman qızılcası olaraq da tanınan qızılca xəstəliyi bedəndə qızılcada olduğu kimi səpki və yüngülvari qızdırma kimi şikayətlərə səbəb olur. 1964-cu ildə ABŞda təxminən 12,5 milyon insan qızılcaya tutulmuşdu. Bu dövrdə 11.000 qadında Rubella virusundan qaynaqlı abort hadisəsi ya da ölü doğum qeydə alınmışdı. 1960-cı illərin sonlarında həyata keçirilən qızılca peyvənd proqramı qızılcanın ABŞdan təmamilə silinməsini təmin gətirib çıxartdı. Ümumdünya Səhiyyə Təşkilatı, bir neçə il içərisində xəstəliyin bütün dünyadakı yoluxma sayını sıfıra endirməyi hədəfləyir.

Vaksinaslyanın əhəmiyyəti haqqındakı mübahisələri alovlandıran koronavirüs ilə bağlı elm adamlarının etdiyi bəyanatlara görə coronavirüs peyvəndi, 20 aylıq bir müddət içərisində hazır olmalıdır.

Mənbə: www.hangisieniyi.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR