Slimfit
  1. DÜNYA

Peyvənd tapılmasa, “Eurovision-2021” də keçirilməyəcək

Peyvənd tapılmasa, “Eurovision-2021” də keçirilməyəcək
Sakura

Peyvənd tapılmasa, “Eurovision-2021” də keçirilməyəcək

Niderland “Eurovision- 2021” mahnı müsabiqəsində iştirakdan imtina etmək niyyətindədir.Ens.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölkə rəhbərliyinin məlumatına əsasən, yarışmanı gələn il Rotterdam şəhərində keçirmək mümkün olmaya bilər.

Buna səbəb Niderlandda əhalinin sıx olduğu məkanlar: konsertlər və idman yarışlarının peyvənd tapılanadək təxirə salınmasıdır. Qeyd olunub ki, bu səbəbdən “Eurovision”un keçirilməsi barədə də qəti qərar verilməyib.

Alimlərin açıqlamalarına görə, peyvəndin hazırlanması üçün ən azı 18 ay lazımdır. Beləliklə, ya müsabiqə Rotterdamda tamaşaçısız keçiriləcək, ya da ev sahibliyi ikinci yerin sahibinə ötürüləcək.

Qeyd edək ki, yarışmada İtaliya təmsilçisi Mahmud “Soldi” mahnısı ilə ikinci olmuşdu. Lakin İtaliya koronavirusa yoluxanlar və ölənlər sırasında lider ölkələrdəndir. Buna görə də, ev sahibinin neytral bir ölkə olması da müzakirə olunur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR