Slimfit
  1. TARİX

Petrosyandan tarixi etiraf: Xocalıda ruslarla ermənilər...

Petrosyandan tarixi etiraf: Xocalıda ruslarla ermənilər...
Sakura

Petrosyandan tarixi etiraf: Xocalıda ruslarla ermənilər...

Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İlham Əliyevlə keçirdiyi debatda özünü gülünc vəziyyətə qoyaraq, Azərbaycanı Xocalı faciəsinin təşkilində ittiham etməsindən sonra erməni baş nazirin “faktlarına” qarşı faktlarla cavablar səsləndirilib.

Axar.az xəbər verir ki, Paşinyanın ittihamlarına daha bir cavabı isə öz Yutub səhifəsində jurnalist Asəf Quliyev yerləşdirib. Jurnalistin öz arxivindən paylaşdığı videoda qondarma rejimin keçmiş səhra komandirlərindən olan Razmik Petrosyanın Xocalı ilə bağlı etirafları yer alıb.

Separatçıların keçmiş komandiri videoda Xocalı əməliyyatından bir gün öncəyə qədər Xocalı ətrafında özünün bölmələrinin növbə çəkdiyini bildirib. O, Xocalıda olanların əksəriyyətinin arxadan vurularaq öldürüldüyünü etiraf edib:

“Onları azərbaycanlıların öldürdüyünü demək doğru olmazdı. Onları arxadan vurmuşdular. Bu o deməkdir ki, ya kimsə bizdən idi, ya da...

Mən sizə deyim kim atəş açmışdı? Mən bilirəm. Bunu polkovnik mənə demişdi. Sovet İttifaqın xüsusi olaraq elə etməliydilər ki, azərbaycanlılar və ermənilər bir-birini gəmirsinlər. Bütün bunları onlar təşkil ediblər. Həbsxanadan quldurları azad etmişdilər ki, bunda iştirak etsinlər”.

Qeyd edək ki, Paşinyan Münhen Təhlükəsizlik Şurası çərçivəsində İlham Əliyevlə baş tutan debatından sonra Feysbukda paylaşım edərək, Xocalı soyqırımına görə məsuliyyəti yalnız 366-cı motoatıcı alay, yəni Rusiyanın üzərinə atmışdı. Bundan bir neçə dəqiqə sonra isə o paylaşımını düzəliş edərək, Rusiyaya qarşı ittihamlarını silmişdi.

Razmik Petrosyan 1940-cı ildə Gəncədə anadan olub. O, “Qarabağ”, Novorossiyskin “Sement” və İrəvanın “Ararat” futbol klublarında oynayıb. 1987-ci ildən Qarabağdakı separatçı rejimin əsas iştirakçılarından olub. Separatçıların yaratdığı “Krunk” cəmiyyətinin üzvü olan Petrosyan sonradan onun rəhbər vəzifələrində çalışıb. Ermənistanla birləşməyin tərəfdarı olan Petrosyan Qarabağda silahlı separatçı dəstələrin və müharibə üçün silah toplanılmasının ilk təşkilatçısı olub. 1990-cı ilin yanvarından aprelinə qədər məhz buna görə həbsdə yatan Petrosyan sonradan azad olunaraq Ermənistan Ali Sovetinə deputat seçilib. Bununla bərabər o, Qarabağdakı döyüşlərdə iştirak üçün “Razmik” batalyonu da yaradıb.

2000-ci illərin əvvəlində qondarma qurumun “polis rəisi” vəzifəsində çalışıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR