Slimfit
  1. DÜNYA

Peskov Putini domna sobası ilə müqayisə etdi

Peskov Putini domna sobası ilə müqayisə etdi
Sakura

Peskov Putini domna sobası ilə müqayisə etdi

Prezident Vladimir Putin istirahət etmir və o, 31 dekabrda da çalışacaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiya rəhbərinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verərkən bildirib.

“Mən dəfələrlə söyləmişəm ki, insan nöqteyi-nəzərindən yanaşsaq, Vladimir Putinin sadəcə texnoloji olaraq istirahət günü olmur. Hətta o, günün müəyyən hissəsini istirahətə ayırsa belə, sutkanın əksər vaxtı onun düşüncəsi işdədir”, - deyə Peskov söyləyib.

Mətbuat katibinin sözlərinə görə, prezident “söndürülməsi mümkün olmayan domna sobası” kimi çalışır.

Qeyd edək ki, hazırda Rusiyada siyasətçilər və ictimaiyyət dekabrın 31-nin istirahət günü kimi təyin edilməsini fəal olaraq müzakirə edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR