Slimfit
  1. AZƏRBAYCAN

Peşəsi ilə hər kəsin hörmətini qazanan 80 yaşlı sənətkar

Peşəsi ilə hər kəsin hörmətini qazanan 80 yaşlı sənətkar
Sakura

Peşəsi ilə hər kəsin hörmətini qazanan 80 yaşlı sənətkar

Elə peşələr var ki, bu günə qədər çoxlarımız bu haqda heç nə bilmirik. Müasir dövrümüzdə, kompüter əsrində hələ də sənədlərin işlənməsi və tikilərək toplanması işini görən insanlar var.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, Qax rayonunda yaşayan yaşlı bir insan rayonda fəaliyyət göstərən bütün idarə və müəssisələrin arxiv sənədlərini tikir.

Ömrünün 30 ilini Qax rayonunun idarə və müəssisələrinin sənəd işlərinə həsr edən 80 yaşlı Sabir Mehdiyev bu peşəsi ilə hər kəsin yanında hörmət qazanıb.

Hər gün səhər erkəndən sənəti ilə eyni yaşda olan çamadanını da qoltuğuna vurub yollanır dəvət aldığı idarələrə. Orada ona heç də hər kəsin bacara bilmədiyi bir iş tapşırılır. Müəssisənin rüblük və illik sənədlərini bir araya toplayaraq tikmək.

Sabir Mehdiyev bu peşəni uzun illər öncə yaxın qohumundan öyrənib. Həmin vaxt tikdiyi sənədlər yaxşı alınmayıb və hətta o, bu işi yarımçıq saxlamaq istəyib.

Hər sənəd işlərini tək-tək sıra sayları pozulmamaq şərtilə yığaraq cəmləyən və bir neçə proses nəticəsində tikməyə başlayan Sabir Mehdiyev bildirir ki, Qax rayonunda yeganə  mütəxəssisdir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR