Dərc edildi: Baxış sayı: 461
Peşəkar Tennis Assosiasiyası yeni reytinq siyahısını açıqlayıb
Peşəkar Tennis Assosiasiyası (ATP) yeni reytinq siyahısını açıqlayıb.
AZƏRTAC “TASS” informasiya agentliyinə istinadla xəbər verir ki, “Top-10”da dəyişiklik baş verməyib. Siyahıya 9135 xalla serbiyalı Novak Cokoviç başcılıq edir. İspaniyalı Rafael Nadal ikinci (7480), isveçrəli Roje Federer (6420) isə üçüncü yerdə qərarlaşıblar.
Digər pillələrdə müvafiq olaraq, Aleksandr Zverev (Almaniya, 6385), Xuan Martin del Potro (Argentina, 5300), Kevin Anderson (Cənubi Afrika Respublikası, 4810), Marin Çiliç (Xorvatiya, 4160), Dominik Tim (Avstriya, 4095), Kei Nişikori (Yaponiya, 3750) və Con İsner (ABŞ, 3155) yer alıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət