Yeni qəbul edilən "Peşə təhsili haqqında" qanunda peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun…
Yeni qəbul edilən "Peşə təhsili haqqında" qanunda peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfransda çıxış edərkən deyib.
C.Bayramov bildirib ki, "Peşə təhsili haqqında" qanunda beynəlxalq təcrübəyə uyğun olaraq, peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət göstərməsi müəyyən edilib.
Nazirin sözlərinə görə, peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə, işsizliyin aradan qaldırılmasına töhfə verir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət