Slimfit
  1. DÜNYA

Peruda 12 yaşlı yeniyetmə birgünlük nazir təyin edilib

Peruda 12 yaşlı yeniyetmə birgünlük nazir təyin edilib
Sakura

Peruda 12 yaşlı yeniyetmə birgünlük nazir təyin edilib

Perunun inkişaf və sosial inteqrasiya naziri vəzifəsinə birgünlük müddətə 12 yaşlı Xesus Mamani Ramos təyin edilib.

Report” xəbər verir ki, bu barədə Nazirliyin “Twitter”dəki səhifəsində bildirilir.

Rəmzi andiçmə mərasimində Xesusun anası və proqram iştirakçısı olan uşaqlar iştirak edib.

Qeyd edək ki, hökumətin həyata keçirdiyi proqram çərçivəsində aztəminatlı ailələrdən olan uşaqların Milad bayramı münasibətilə arzuları qeyd edilərkən Puno şəhərində yaşayan Xesus həyatda çətinliklərlə üzləşən uşaqlara kömək olmaq istədiyini bildirmişdi. Bundan sonra ölkənin inkişaf və sosial inteqrasiya naziri Liliana la Rosa da onu paytaxt Limaya dəvət edib.

Qeyd edək ki, Peru hökumətinin tətbiq etdiyi “Peru birlikdə” adlı sosial proqram əhalinin aztəminatlı təbəqələrinə müxtəlif xidmətlər göstərilməsini, imkanlar yaradılmasını nəzərdə tutur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR